Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 06.10.2026 | 08:45 | Baxılıb: 1783
İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin İranın cənub bölgələrinə endirdiyi zərbələrə cavab olaraq İordaniyada yerləşən “Muvaffaq Salti” hərbi bazasına raket hücumu həyata keçirdiyini açıqlayıb.

“gece.ws"in məlumatına görə, bildirilir ki, cavab əməliyyatları çərçivəsində regiondakı ABŞ-yə məxsus dəniz və hava hərbi obyektlərinə ümumilikdə 21 zərbə endirilib.

Belə ki, İordaniyadakı “Muvaffaq Salti” hərbi bazası uzaqmənzilli raketlərlə vurulub. İran tərəfi hücum nəticəsində bazadakı bir sıra mühüm obyektlərin, o cümlədən, F-35 qırıcı təyyarələrinin yerləşdiyi anqarların hədəf alındığını açıqlayıb.

İnqilab Keşikçiləri Korpusu bəyanatında ABŞ-nin bölgədəki hərbi əməliyyatlarını davam etdirəcəyi təqdirdə daha sərt cavab tədbirlərinin görüləcəyi barədə xəbərdarlıq edib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.