Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 02.27.2026 | 13:54 | Baxılıb: 719
“iPhone” smartfonları və “iPad” planşeti NATO-nun məxfi məlumatlarla işləmək üçün sertifikatlaşdırdığı ilk istehlakçı cihazları olub.  

“gece.ws” xəbər verir ki, bu barədə “Apple” şirkəti məlumat yayıb. 

“iPhone” və “iPad” informasiya təhlükəsizliyi sahəsində NATO ölkələrinin tələblərinə cavab verən ilk və yeganə istehlakçı cihazlarıdır. Bu, “iPhone” və “iPad”in xüsusi proqram təminatı və parametrlərə ehtiyac olmadan məhdud girişli məlumatlar da daxil olmaqla, məxfi məlumatlarla işləmək üçün istifadəsinə imkan verir. Bundan əvvəl heç bir istehlakçı mobil cihazı belə səviyyəli hökumət sertifikatı almamışdı”, - “Apple” şirkətinin saytında dərc edilmiş bəyanatda deyilir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.