Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 08.04.2026 | 07:33 | Baxılıb: 3256
“Azərbaycana ilk rəsmi səfərimi etməkdən məmnunam”.

“gece.ws” xəbər verir ki, bunu İsveçrənin Federal Şurasının üzvü və Federal Xarici İşlər Departamentinin rəhbəri, ATƏT-in fəaliyyətdə olan sədri İqnasio Kassis “X” hesabında yazıb.

“Azərbaycanla tərəfdaşlığımızı yüksək qiymətləndirirəm. ATƏT-in fəaliyyətdə olan sədri olaraq, Cənubi Qafqazda dialoq, sülh, sabitlik və rifahı təşviq etməklə yanaşı, ticarət, innovasiya və iqtisadi əlaqələr sahəsində əməkdaşlığımızı dərinləşdirməyi hədəfləyirik”, - o qeyd edib.

İ.Kassis növbəti səfərini Türkmənistana edəcəyini bildirib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.