Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 04.17.2026 | 19:46 | Baxılıb: 1739
İran rəhbərliyi ABŞ-ın tətbiq etdiyi dəniz blokadası davam edəcəyi təqdirdə, strateji əhəmiyyətli Hörmüz boğazını yenidən bağlamağa hazır olduğunu bəyan edib.

“gece.ws” “Tasnim” agentliyinə istinadən xəbər verir ki, ölkənin Təhlükəsizlik Şurasındakı mənbələr ABŞ-nin blokada siyasətini davam etdirməsini atəşkəs rejiminin pozulması kimi qiymətləndirəcəklərini bildiriblər.

“Dəniz blokadası davam edərsə, bu, tərəflər arasında əldə olunmuş atəşkəsin pozulması hesab ediləcək və Hörmüz boğazından tranzit hərəkəti dərhal dayandırılacaq”, – deyə mənbə vurğulayıb.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp boğazın açılmasına görə İrana təşəkkür etsə də, sülh sazişi 100 faiz tamamlanana qədər İran limanlarının blokada altında qalacağını açıqlamışdı. Tramp bu prosesin sürətlə yekunlaşacağını desə də, rəsmi Tehranın son xəbərdarlığı sülh prosesinin hələ də kövrək olduğunu göstərir.

Xatırladaq ki, fevralın 28-də başlayan əməliyyatlardan sonra bağlanan Hörmüz boğazı qlobal neft daşınmalarının 30 faizini təşkil edir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.