Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 04.03.2026 | 23:14 | Baxılıb: 1485
İran mətbuatı ABŞ-nin 48 saatlıq atəşkəs təklifinin rədd edildiyini bildirib.

“gece.ws” “Fars” agentliyinə istinadən xəbər verir ki, ABŞ 4 aprel tarixindən dost ölkələrdən biri vasitəsilə İrana 2 günlük atəşkəs təklif edib.

Bildirilir ki, bu addım bölgədə gərginliyin artması və İranın hərbi gücünün düzgün qiymətləndirilməməsi nəticəsində ABŞ qüvvələrinin çətin vəziyyətlə üzləşməsindən sonra atılıb.

Məlumata görə, İran hərbi əməliyyatları davam etdirərək təkliflə razılaşmayıb.

Həmçinin İranın Küveytin Bubiyan adasındakı hərbi anbara zərbə endirməsindən sonra ABŞ-nin atəşkəs üçün diplomatik səyləri daha da intensivləşdiyi vurğulanıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.