Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 05.07.2026 | 20:42 | Baxılıb: 794
“İran hələlik Pakistan vasitəsilə ABŞ-nin təqdim etdiyi təkliflərə rəsmi cavab verməyib”​.

“gece.ws” xəbər verir ki, bu barədə IRNA agentliyinə müsahibəsində İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqai bildirib.

XİN rəsmisinin sözlərinə görə, rəsmi Tehran hazırda daxil olan mesajları nəzərdən keçirir və hələlik Amerika tərəfinə heç bir cavab göndərilməyib.

Qeyd edək ki, mayın 3-də ABŞ müharibənin dayandırılması ilə bağlı İranın irəli sürdüyü 14 bəndlik təklifə vasitəçi tərəf olan Pakistan vasitəsilə cavab göndərib. Həmin gün İran müharibənin nizamlanmasına dair öz planını təqdim edib.

Buna baxmayaraq, ABŞ Prezidenti İranın təkliflərinin məqbul olduğuna şübhə ilə yanaşır və artıq zərbələrin bərpa oluna biləcəyini istisna etməyib. Bir müddət əvvəl isə Vaşinqton rəsmiləri İranla mümkün danışıqların vaxtından əvvəl olduğunu bəyan etmişdilər.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.