
“gece.ws” xəbər verir ki, bu barədə İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) İran dövlət televiziyasında yayımlanan 30 nömrəli bəyanatında deyilir.
SEPAH “Əsl vəd 4” əməliyyatının 37-ci dalğasının hücumların başlanğıcından bəri ən ağır və gərgin mərhələ olduğunu açıqlayıb:
“Təl-Əvivin cənubundakı peyk rabitə mərkəzi, Qərbi Qüds və Hayfadakı hərbi mərkəzlər, Ərbildəki ABŞ hədəfləri və bölgədəki 5-ci Dəniz Donanması ikinci dəfə hədəfə alınıb. 37-ci əməliyyat hücumların başlanğıcından bəri ən ağır və gərgin əməliyyat oldu”.
Bildirilib ki, əməliyyat 3 saatdan çox davam edib və bu müddət ərzində iki tonluq ballistik döyüş başlığı ilə təchiz edilmiş “Xorrəmşəhr” raketindən istifadə edilib.