
“gece.ws” “Tasnim” agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın “Xatəm əl-Ənbiya” Hərbi Komandanlığının rəsmisi İbrahim Zülfəqari məlumat verib.
Onun sözlərinə görə, aparılan araşdırmalar nəticəsində İslam Respublikası ordusunun hücumları ilə ABŞ-yə məxsus ümumilikdə iki “C-130” hərbi nəqliyyat təyyarəsi və iki “Black Hawk” helikopteri vurulub.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrailin İrana qarşı başlatdığı genişmiqyaslı hərbi əməliyyat zamanı Ali Lider Əli Xamenei həlak olub. Buna cavab olaraq İran İsrailə və regiondakı Amerika bazalarına kütləvi raket zərbələri endirib.