Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 03.28.2026 | 19:52 | Baxılıb: 4496
İranın Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) qarşı həyata keçirdiyi hava hücumları nəticəsində “Emirates Global Aluminium” (EGA) şirkətinin Əbu-Dabidəki strateji obyekti hədəf alınıb.

“gece.ws” “Bloomberg”ə istinadən xəbər verir ki, İranın raket və dron zərbələri Əbu-Dabidə yerləşən “Əl-Tavilah” zavoduna ciddi ziyan vurub.

Hücum zamanı müəssisənin bir neçə əməkdaşının yaralandığı bildirilir.

Qeyd edək ki, sözügedən müəssisə regionun ən böyük sənaye mərkəzlərindən biri hesab olunur. Burada nəhəng alüminium əritmə zavodu ilə yanaşı, genişmiqyaslı alüminium emalı kompleksi fəaliyyət göstərir.

Hadisə ilə bağlı zavodun fəaliyyətinin müvəqqəti dayandırıldığı və təhlükəsizlik tədbirlərinin gücləndirildiyi vurğulanıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.