Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 04.05.2026 | 14:55 | Baxılıb: 1279
İran pilotsuz uçuş aparatları ilə (PUA) Bəhreynin “Gulf Petrochemical Industries” neft-kimya şirkətinin obyektlərinə hücum edib.

“gece.ws” xəbər verir ki, bu barədə Bəhreyn İnformasiya Agentliyi məlumat yayıb.

“Bir neçə istehsalat bölməsi İranın pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb ki, bu da yanğına səbəb olub. Yanğın tamamilə nəzarətə götürülüb və söndürülüb, xəsarət alan yoxdur. Mütəxəssislər dəymiş maddi ziyanın qiymətləndirilməsini aparırlar”, - deyə şirkətdən qeyd edilib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.