Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 03.01.2026 | 13:20 | Baxılıb: 5606
“İran liderləri ABŞ və İsraillə münaqişənin genişmiqyaslı artmasına baxmayaraq, strateji əhəmiyyətli Hörmüz boğazından neft tranzitini saxlamaq qərarına gəliblər”.

“gece.ws” xəbər verir ki, bunu İranın Ali Məsləhət Şurasının üzvü Möhsün Rezai bildirib.

O, ticarət gəmilərinin bu su yolundan keçməsinə icazə verildiyini təsdiqləyib. Onun sözlərinə görə, bu qərar müvəqqətidir və regionda təhlükəsizlik vəziyyəti kritik olaraq qalır.

Qeyd edək ki, İran ötən gün Hörmüz boğazındakı gəmilərə xəbərdarlıq edib. Gəmilərə mesaj göndərilərək, heç bir gəminin  boğazdan keçməsinə icazə verilməməsi haqda xəbərdarlıq edilmişdi.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.