Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 04.30.2026 | 22:55 | Baxılıb: 1060
FİFA prezidenti Canni İnfantino İran milli futbol komandasının 2026-cı il dünya çempionatında mütləq iştirak edəcəyini açıqlayıb.

“gece.ws” xəbər verir ki, İnfantino təşkilatın konqresində danışıb.

“Əlbəttə, İran millisi də iştirak edəcək. Komanda ABŞ-də oynayacaq. Səbəb çox sadədir: biz insanları birləşdirməliyik. Bu mənim məsuliyyətimdir, bu bizim məsuliyyətimizdir”, - İnfantino bildirib.

Qeyd edək ki, Dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək.

Mart ayında ABŞ Prezidenti Donald Tramp İranın 2026-cı il dünya çempionatında iştirakının yersiz olduğunu bəyan edib. 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.