Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 08.09.2026 | 23:17 | Baxılıb: 1911
İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) keçmiş baş komandanı və ali rəhbərin müşaviri Möhsün Rezai İran Ali Milli Təhlükəsizlik Şurasının katibi vəzifəsinə təyin edilib.

“gece.ws” xəbər verir ki, bu barədə Prezident Administrasiyasının ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Məhəmməd Mehdi Təbatəbai “X” sosial şəbəkəsində yazıb.

“Məhəmməd Baqir Zolqədrin Ali Milli Təhlükəsizlik Şurasının katibi vəzifəsindən istefa verməsi və yeni vəzifəyə keçməsi ilə əlaqədar İslami Respublika Prezidenti Məsud Pezeşkianın fərmanı ilə Möhsün Rezai Ali Milli Təhlükəsizlik Şurasının katibi təyin edilib”, - deyə Təbatəbai qeyd edib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.