Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 04.09.2026 | 10:36 | Baxılıb: 1489
İran nümayəndə heyəti bu gün axşam saatlarında ABŞ ilə danışıqlarda iştirak etmək üçün İslamabada gedəcək. 

“gece.ws” xəbər verir ki, bu barədə İranın Pakistandakı səfiri Rza Əmiri Müqəddəm “X” sosial şəbəkəsindəki hesabında məlumat yayıb.

Səfir İsrail tərəfinin diplomatik təşəbbüsü pozmaq məqsədilə atəşkəs rejimini dəfələrlə pozması səbəbindən İran cəmiyyətində şübhələrin olmasına baxmayaraq, nümayəndə heyətinin Pakistanın Baş naziri Şahbaz Şərifin dəvəti ilə İslamabada səfər edəcəyini açıqlayıb.

“Nümayəndə heyəti bu axşam İranın təklif etdiyi 10 bənd əsasında ciddi danışıqlar aparmaq üçün İslamabada gəlir”, - paylaşımda deyilir. 

 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.