Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 05.04.2026 | 17:26 | Baxılıb: 1528
İran ordusu Hörmüz boğazından keçməyə cəhd edən ABŞ hərbi dəniz qüvvələrinin gəmilərinə xəbərdarlıq atəşi açıb.

“gece.ws” xəbər verir ki, bu barədə İranın dövlət teleradio şirkəti məlumat yayıb.

Bildirilir ki, ABŞ esmineslərinin ilkin xəbərdarlığı nəzərə almamasından sonra İranın hərbi dəniz qüvvələri qarşı tərəfin gəmiləri istiqamətində qanadlı raketlərlə xəbərdarlıq atəşi açıb və pilotsuz uçuş aparatları buraxıb.

Qeyd edək ki, daha əvvəl İran Silahlı Qüvvələrinin xəbərdarlığa məhəl qoymadan Hörmüz boğazından keçməyə cəhd edən ABŞ gəmisinə hücum etdiyi barədə xəbər yayılmışdı.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.