Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 04.08.2026 | 17:29 | Baxılıb: 2606
“İranın yeni Ali Lideri Seyyid Müctəba Xamenei yaralanıb və şikəst vəziyyətə düşüb”.

“gece.ws” xəbər verir ki, bunu ABŞ-nin müharibə naziri Pit Heqset mətbuat konfransında deyib. 

ABŞ və İran arasında əldə edilmiş atəşkəs razılaşmasına toxunan Heqset Tehranın bu razılaşma üçün yalvardığını iddia edib.

Nazir həmçinin İranın “Abraham Lincoln” aviadaşıyıcısına atdığı raketlərin və ya pilotsuz uçuş aparatlarının hədəfə çatmadığını diqqətə çatdırıb:

“İran aviadaşıyıcımıza doğru yüzlərlə raket və pilotsuz uçuş aparatı göndərdi, lakin ona yaxınlaşa belə bilmədilər. Bu mərmilərin hər biri “Abraham Lincoln”dan bir neçə mil uzaqlıqda asanlıqla vuruldu”. 

Heqset İran Silahlı Qüvvələrinin ABŞ və İsrailin əməliyyatı nəticəsində uzun müddətlik döyüş qabiliyyətini itirdiyini, bu ölkənin müdafiə-sənaye kompleksinin məhv edildiyini bildirib. 

Pentaqon rəhbərinin sözlərinə görə, ABŞ döyüş qabiliyyətinin 10%-dən azını istifadə edərək dünyanın ən böyük ordularından birini məğlub edib. Nazirin fikrincə, İranın hərbi-sənaye bazasının məhv edilməsi başa çatdırılıb. 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.