
“gece.ws” xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüş zamanı səfirdən Türkiyə ərazisinə atılan ballistik raketlə bağlı rəsmi izahat tələb olunub:
“Türkiyə tərəfi baş vermiş hadisə ilə bağlı kəskin etirazını bildirib və rəsmi Tehranın diqqətinə çatdırılıb ki, bu cür hərəkətlər regionda vəziyyəti daha da gərginləşdirir”.
Xatırladaq ki, ABŞ-nin İrana qarşı davam edən “Epik Qəzəb” hərbi əməliyyatları fonunda İran tərəfindən atılan raketin Türkiyə sərhədlərini pozması NATO müttəfiqi olan Ankara üçün ciddi təhlükəsizlik məsələsinə çevrilib.