
“gece.ws” xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Belə ki, İran tərəfi “Starlink”in Bəhreyn, Küveyt və BƏƏ-də yerləşən stansiyalarına hücum etməyi planlaşdırdığını açıqlayıb.
Qeyd edək ki, daha əvvəl İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İrandakı hər bir sui-qəsdə cavab olaraq aprelin 1-i axşamdan etibarən “Microsoft”, “Apple”, “Google”, “Nvidia”, “Tesla”, “Intel” və “Boeing” və digər şirkətlərin obyektlərinə zərbələr endiriləcəyini bəyan etmişdi.