Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 04.09.2026 | 18:53 | Baxılıb: 5393
İran və ABŞ arasında Pakistanda keçirilməsi planlaşdırılan tarixi danışıqlarda Tehranı təmsil edəcək yüksəksəviyyəli nümayəndə heyətinin tərkibi məlum olub.

“gece.ws” “Əl-Mayadeen” televiziyasına istinadən xəbər verir ki, İran tərəfindən danışıqlarda ölkənin ən nüfuzlu siyasi və hərbi simaları iştirak edəcək.

Nümayəndə heyətinə İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf, xarici işlər naziri Seyid Abbas Əraqçi, Ali Milli Təhlükəsizlik Şurasının yeni katibi Məhəmməd Baqer Zülqədr və xarici işlər nazirinin müavini Məcid Təxt-Rəvançi daxildir.

Kanalın məlumatına görə, xüsusilə Məhəmməd Baqer Zülqədrin heyətdə yer alması diqqət çəkir. Belə ki, o, İsrail-ABŞ-nin birgə əməliyyatı zamanı həlak olan Əli Laricanini əvəzləyərək bu vəzifəyə yeni təyin edilib və SEPAH-ın veteran komandirlərindən biri hesab olunur.

Qeyd edək ki, nümayəndə heyətlərinin aprelin 10-da İslamabada çatacağı, birbaşa danışıqların isə aprelin 11-də (Şənbə günü) başlaması gözlənilir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.