
“gece.ws” xəbər verir ki, bu barədə “RİA Novosti” İranın dövlət teleradio şirkətinə istinadən məlumat yayıb.
“Oman tərəfinin bəyanatına əsasən, hər iki tərəf bir-birinin təkliflərinə “yaşıl işıq” yandırıb. Bu mənim öz şərhimdir”, - İran yayımçısının müxbiri bildirib.
Hazırda tərəflərin məsləhətləşmələr aparmaq üçün fasilə götürdükləri bildirilir. Danışıqlar günün ikinci yarısında davam etdiriləcək.
Qeyd edək ki, danışıqlar Omanın vasitəçiliyi ilə keçirilir.