Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 03.17.2026 | 07:20 | Baxılıb: 8003
İsrailin Baş naziri Benyamin Netanyahu İran xalqına Novruz bayramı münasibətilə videomesaj ünvanlayıb.

“gece.ws” xəbər verir ki, mesaj İsrail Baş Nazirinin Ofisinin sosial şəbəkə hesablarında paylaşılıb.

Netanyahu mesajında builki Novruzun xüsusi məna daşıdığını deyib:

“İranın cəsur xalqı, hər il olduğu kimi, sizə İşıqlar Festivalı ilə başlayan xoş bir bayram mövsümü arzulayıram.

Bu, İran xalqının işığın qaranlığa, xeyirin şərə qalib gələcəyinə dair qədim inancını ifadə edir.

Qoy bu il azadlıqla dolu olsun. Hamınıza ümidverici yeni başlanğıc arzulayıram”.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.