Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 05.22.2026 | 04:33 | Baxılıb: 3878
“İranla müharibə səbəbindən oğlumun toyuna getməyə bilərəm”.

“gece.ws” xəbər verir ki, bunu Ağ Evdə jurnalistlərə açıqlamasında ABŞ Prezidenti Donald Tramp deyib.

O bildirib ki, İranla bağlı davam edən gərginlik səbəbindən şəxsi planları, o cümlədən, ailə tədbirlərində iştirakı çətinləşə bilər.

Belə ki, Trampın böyük oğlu bu həftə sonu Baham adalarında Bettina Andersonla evlənəcək. Lakin Prezident bildirib ki, hazırkı siyasi vəziyyət səbəbindən tədbirə qatılıb-qatılmayacağı hələ də qeyri-müəyyəndir.

Tramp mərasimin kiçik və şəxsi xarakter daşıdığını qeyd edib: “O, mənim gəlməyimi istəyir. Mən də getməyə çalışacağam”.

O əlavə edib ki, İranla bağlı vəziyyət onun gündəmini sıxlaşdırıb: “Mən ona dedim ki, bu, mənim üçün uyğun vaxt deyil. İran məsələsi və digər problemlərim var”.

Tramp bildirib ki, iştirak edib-etməməsindən asılı olmayaraq, tənqidlərdən yayınmağın mümkün olmadığını düşünür: “Bu, uduzduğum vəziyyətdir. Getsəm də, tənqid olunacağam, getməsəm də. Xüsusilə saxta media tərəfindən”.

ABŞ Prezidenti oğluna xoşbəxt evlilik arzularını çatdırıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.