Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 02.20.2026 | 19:19 | Baxılıb: 1859
ABŞ Prezident Donald Tramp Ağ Evdə qubernatorlarla görüşdən əvvəl verdiyi bəyanatda İrana qarşı hərbi güc tətbiqinin masada olduğunu açıq şəkildə ifadə edib.

“gece.ws” xəbər verir ki, Tramp İrana qarşı “məhdud zərbə” endirmək ehtimalı ilə bağlı suala özünəməxsus cavab verib:

“Bu ehtimalı nəzərdən keçirdiyimi deyə bilərəm”.

Prezident həmçinin jurnalistlərə açıqlamasında Tehranın nüvə sazişi üçün cəmi 10-15 gün vaxtının qaldığını təkrar edib. O, bunun “maksimum müddət” olduğunu vurğulayaraq, ya bir razılaşmanın əldə olunacağını, ya da İran üçün “çox uğursuz hadisələrin” baş verəcəyini qeyd edib.

Xatırladaq ki, Cenevrədə keçirilən danışıqlarda İran sanksiyaların ləğvi müqabilində zənginləşdirilmiş uran ehtiyatlarını Rusiyaya göndərməyi və zənginləşdirməni 3 il müddətinə dayandırmağı təklif etsə də, Tramp administrasiyası nüvə proqramının tamamilə və birdəfəlik ləğvini tələb edir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.