Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 04.07.2026 | 09:42 | Baxılıb: 1386
Fevralın 28-dən bu yana İrana qarşı hərbi əməliyyatlar zamanı 370-dən çox ABŞ hərbçisi yaralanıb.

“gece.ws” xəbər verir ki, bu barədə “CBS News” ABŞ Mərkəzi Komandanlığının nümayəndəsinə istinadən məlumat yayıb. 

Telekanalın həmsöhbəti onlardan təxminən 330 nəfərinin artıq xidməti vəzifələrinin icrasına qayıtdığını, 5 nəfərin isə ağır yaralı olduğunu bildirib. 

Qeyd edək ki, Pentaqonun aprelin 4-ü açıqladığı ən son məlumatlara görə, İrana qarşı “Epik qəzəb” əməliyyatının başlamasından indiyədək 13 ABŞ hərbçisi həlak olub. Həyatını itirən hərbçilərdən 6-sı quru qoşunlarında, 7-si isə hərbi hava qüvvələrində xidmət edib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.