Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 05.13.2026 | 10:45 | Baxılıb: 1281
İranda İsrail kəşfiyyatı “Mossad” üçün casusluqda ittiham olunan Ehsan Afreştə edam edilib.

“gece.ws” xəbər verir ki, bu barədə İranın dövlət teleradio şirkəti məlumat yayıb.

Onun Nepalda “Mossad”ın rəhbərliyi altında xüsusi təlim keçdiyi və İsrail kəşfiyyatı ilə əməkdaşlıq müddətində ingilis, fransız və ivrit dillərini öyrəndiyi iddia olunur.

Məlumata görə, “Ceyms” ləqəbi ilə fəaliyyət göstərən Ehsan Afreştə “Mossad”ın ilk tapşırıqlarını onlayn taksi sürücüsü kimi yerinə yetirib. 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.