Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 04.04.2026 | 19:15 | Baxılıb: 2307
İranın cənubunda yerləşən Bəndər Lenqe şəhərində limana hücum nəticəsində iki ticarət gəmisinin yandığı bildirilir.

“gece.ws” xəbər verir ki, bu barədə “Mehr” məlumat yayıb.

Bildirilib ki, hadisə Hörmüzqan əyaləti ərazisində baş verib. Hücum ABŞ və İsrail tərəfindən həyata keçirilib.

Məlumata əsasən, hücum zamanı bir nəfər yaralanıb, yerli sakinlərə məxsus iki ticarət gəmisi isə alovlanaraq ciddi zərər görüb.

Hazırda xilasedicilər və dənizçilik xidmətləri yanğının qarşısını almaq və vəziyyəti nəzarət altına almaq üçün ərazidə işlərini davam etdirir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.