
“gece.ws” xəbər verir ki, bu barədə İranın “Tasnim” agentliyi məlumat yayıb.
Norveçdə fəaliyyət göstərən İran İnsan Haqları (IHRNGO) qeyri-hökumət təşkilatının məlumatına görə, 34 yaşlı keçmiş MMA çempionu, hakim Qulamrza Hani Şekarab hələ 24 sentyabr 2022-ci ildə həbs edilib. İstintaq zamanı o, İsrail ilə əməkdaşlıqda günahkar bilinib.
Bildirilir ki, 2026-cı ildə İranda casusluq ittihamı ilə azı 10 nəfər edam edilib. Onlardan 8 nəfəri İsrail və ABŞ-nin xeyirinə məlumat toplamaqda günahkar bilinib. Daha 2 İraq vətəndaşı ərəb ölkələrindən biri üçün işlədiyinə görə ali cəzaya məhkum edilib.