Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 05.14.2025 | 18:55 | Baxılıb: 905
İranın bəzi şəhərlərində qum fırtınasının yaratdığı hava çirklənməsi gündəlik həyata mənfi təsir edib.

“gece.ws” İRNA-ya istinadən xəbər verir ki, bununla bağlı səlahiyyətli qurumlar məktəbləri bağlamaq qərarına gəliblər.

Ölkənin qərbinə təsir edən qum fırtınası səbəbindən bu gün Kürdüstan və Zəncan əyalətlərində məktəblər, Təbriz şəhərində bütün dövlət qurum və təşkilatları, banklar bağlanıb.

Meteoroloqların verdiyi açıqlamaya görə, qum fırtınasının bu gün paytaxt Tehrana çatacağı gözlənilir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.