
“gece.ws” xəbər verir ki, bu barədə məlumatı İranın dövlət teleradio şirkəti yayıb.
Sözügedən şəxsin başçılıq etdiyi qruplaşmanın ölkənin Xuzestan ostanı ərazisində çoxsaylı sui-qəsdlər həyata keçirdiyi, partlayıcı maddələr yerləşdirdiyi iddia olunur.
İranın cənubundakı Hörmözqan ostasında isə beş nəfər “düşmən xarici mətbuat orqanları ilə” əlaqə yaratmaq ittihamı ilə saxlanılıb. Onlardan 3 nəfərin kişi, 2 nəfərin qadın olduğu bildirilir.