Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 03.12.2026 | 14:30 | Baxılıb: 1588
“İranda baş verən hadisələr “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsinin icrasını gecikdirə bilər”.

“gece.ws” Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Nikol Paşinyan bildirib.

“Aydındır ki, ABŞ administrasiyası ən azı indiki məqamda TRIPP-i prioritet hesab etmir. Təəssüf ki, bu vəziyyətin proseslərə vaxt baxımından təsir göstərməsi ehtimalı yüksəkdir. Əgər məlum olsa ki, təsir göstərməyib - daha da yaxşı”, - Paşinyan hökumətin iclasından sonra jurnalistlərə açıqlamasında deyib.

İrandakı vəziyyətin Ermənistan iqtisadiyyatına mümkün təsirinə toxunan Baş nazir yüksək inflyasiya təhlükəsi yaranacağı təqdirdə tədbirlər görüləcəyini əlavə edib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.