
“gece.ws” xəbər verir ki, bu haqda ABŞ-nin Yaxın Şərqdəki Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
Hazırda Yaxın Şərqdə 250-dən çox ABŞ döyüş təyyarəsinin olduğu bildirilir. Ən çox sayı İordaniyadakı Muvaffaq Salti hava bazasında yerləşir. Bunlara F-35A, F-15E və F-16 döyüş təyyarələri, həmçinin A-10 hücum təyyarələrindən ibarət eskadrilya daxildir.