Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 05.17.2026 | 21:17 | Baxılıb: 1185
ABŞ Prezidenti Donald Tramp və İsrail Baş naziri Benyamin Netanyahu arasında telefon danışığı baş tutub.

“gece.ws” xəbər verir ki, bu barədə “Axios” israilli rəsmiyə istinadən məlumat yayıb.

İsrailli rəsmi bildirib ki, Netanyahunun əsas məqsədlərindən biri Trampın Çinə son səfəri ilə bağlı məlumat almaq olub.

Həmçinin tərəflər söhbət zamanı İran məsələsini müzakirə ediblər.

“Bir çox ehtimal var. Hər ssenariyə hazırıq”, - deyə Netanyahu bildirib.

Qeyd edək ki, İsrail Baş naziri Benyamin Netanyahu daha əvvəl Çinə səfərdən qayıdan ABŞ Prezidenti Donald Trampla gün ərzində İran məsələsini müzakirə edəcəyini açıqlamışdı.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.