Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 05.24.2026 | 09:22 | Baxılıb: 4852
İran İslam Respublikasının Bakıdakı səfiri Müctəba Dəmirçilu ötən gün Təbrizdəki konsulumuz Ramil İmranovun qəzada ölümü ilə bağlı başsağlığı verib.

“gece.ws” xəbər verir ki, səfir bu haqda sosial şəbəkədə məlumat yayıb.

“İranda Azərbaycan Respublikasının konsulu, hörmətli Ramil Rza oğlu İmranovun vəfatı xəbərini dərin hüznlə qarşıladım. Bu ağır itkini onun ailəsinə, dostlarına və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyindəki həmkarlarına səmimi qəlbdən başsağlığı verirəm. Xidmət borcunu yerinə yetirərkən həyatını itirmiş bu dəyərli həmkarımıza Uca Allahdan rəhmət, ailəsinə və yaxınlarına səbir diləyirəm”, - o qeyd edib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.