Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 04.03.2026 | 16:11 | Baxılıb: 843
ABŞ-nin İranın BMT-dəki səfirinin müavini Səadət Ağacanini ölkədən çıxardığı barədə iddialar yayılıb.

“gece.ws” xəbər verir ki, bu barədə “Axios” portalı yazıb.

Bilbirilib ki, ABŞ Prezidenti Donald Tramp administrasiyası Ağacanini ötən ilin dekabr ayında milli təhlükəsizliklə bağlı narahatlıqlar səbəbindən gizli şəkildə ölkədən çıxarmış ola bilər.

Məlumata görə, ABŞ-nin qərarı həmin dövrdə gizli saxlanılıb. Ağacaninin əleyhinə isə konkret ittiham irəli sürülməyib. 

Həmçinin qeyd olunub ki, Ağacaninin getməsindən iki ay əvvəl İranın diplomatik missiyasında çalışan ən azı iki gənc diplomat da ölkədən çıxarılıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.