Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 04.28.2026 | 10:46 | Baxılıb: 1728
Bəhreyn hakimiyyəti İranın ölkəyə hücumlarını açıq şəkildə dəstəkləyən, həmçinin xarici strukturlarla əlaqədə ittiham olunan 69 nəfərin vətəndaşlığını ləğv edib.

“gece.ws” xarici mətbuata istinadən xəbər verir ki, qərar kral Həməd bin İsa Əl Xəlifənin göstərişi ilə “Vətəndaşlıq haqqında” Qanun əsasında qəbul edilib.

Bu qanun krallığın maraqlarına zərər vuran hərəkətlərə və ya ölkəyə sadiqlik vədinin pozulmasına görə vətəndaşlıqdan məhrum etməyi nəzərdə tutur.

Siyahısı açıqlanmış 69 nəfərin hamısının Bəhreyndən kənarda anadan olduğu bildirilir. 

Bundan başqa, səlahiyyətli orqanların kimin Bəhreyn vətəndaşlığına layiq olub-olmadığının yoxlanılmasını davam etdirdiyi bildirilir. 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.