Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 06.15.2026 | 23:58 | Baxılıb: 1595
İsrailin Baş naziri Benyamin Netanyahu İrana qarşı keçirilən hərbi əməliyyatlar və rəsmi Tehranın nüvə proqramı ilə bağlı mühüm açıqlamalar verib.

“gece.ws” xarici KİV-ə istinadən xəbər verir ki, Baş nazir açıqlamasında İrana ağır zərbələr vurduqlarını iddia edərək ölkəsini böyük bir təhlükədən qoruduqlarını bildirib:

“Biz iranlılara böyük ziyan vurduq və İsraili nüvə məhvi təhlükəsindən xilas etdik”.

Netanyahu İranın nüvə proqramına qarşı fəaliyyətin onun siyasi karyerasının ana xəttini təşkil etdiyini vurğulayıb və bu mübarizəni “həyatının missiyası” adlandırıb.

Regionda və beynəlxalq müstəvidə mümkün diplomatik razılaşma ehtimallarına toxunan Netanyahu, bu məsələdə geri addım atılmayacağını qətiyyətlə ifadə edib:

“Razılaşma olsun ya olmasın, İranın nüvə silahı olmayacaq”.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.