
“gece.ws” xəbər verir ki, Tramp bu barədə “Air Force One” təyyarəsində jurnalistlərə açıqlamasında deyib.
“Mən dolayı yolla bu danışıqlarda iştirak edəcəyəm. Bu, çox vacib olacaq”, – deyə o vurğulayıb.
ABŞ Prezidenti əlavə edib ki, Tehranın razılaşma əldə etmək istədiyinə inanır.
Tramp qeyd edib ki, İran sərt mövqedən çıxış etməyə çalışır, lakin ötən yay ABŞ-nin İranın nüvə obyektlərinə endirdiyi zərbələrdən sonra vəziyyətin dəyişdiyini düşünür.
Qeyd edək ki, danışıqlar ərəfəsində regionda gərginlik artıb. ABŞ-nin Yaxın Şərqə ikinci təyyarədaşıyan gəmi yerləşdirdiyi bildirilir. ABŞ rəsmiləri mümkün uğursuzluqehtimalında ordunun uzunmüddətli hərbi əməliyyat variantına hazırlaşdığını da istisna etməyiblər.