Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 06.16.2026 | 14:44 | Baxılıb: 7031
TRT-nin şərhçisi Murat Ekrem Çimen ötən gün dünya çempionatının qrup mərhələsinin ilk turunda keçirilən İran – Yeni Zelandiya matçında 4 dəqiqə boyunca komandaları səhv salıb.

“gece.ws” xəbər verir ki, şərhçi iranlıları Yeni Zelandiya, yeni zelandiyalıları İran kimi təqdim edib. 

4-cü dəqiqədə o, İran yığmasının ulduzu Mehdi Taremini gördükdən sonra yanlışını anlayıb. 

Nəticədə azarkeşlərdən üzr istəyən şərhçi TRT rəhbərliyi tərəfindən cəzalandırılıb. Murat Ekrem Çimen ABŞ-dəki yayım qrupundan kənarlaşdırılıb. 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.