Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 03.04.2026 | 13:50 | Baxılıb: 4106
İrana aid hava yolu şirkətlərindən birinin Qazaxıstandan qayıdan iranlı pilotları, ekipaj üzvləri və stüardessalar “Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə ölkələrinə keçid ediblər.

“gece.ws” AZƏRTAC-a istinadən xəbər verir ki, ümumilikdə, 14 nəfər İran vətəndaşının keçidi təmin olunub.

Onlar xarici uçuş həyata keçirdikdən sonra İranda baş verən hadisələr səbəbindən və hava yolu bağlı olduğundan geri qayıtmaq üçün quru yolu ilə - Azərbaycan ərazisindən ölkələrinə qayıdıblar.



Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.