Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 04.28.2026 | 22:12 | Baxılıb: 1991
İranın Böyük Britaniyadakı səfiri Seyid Əli Musavi Böyük Britaniyanın Xarici İşlər Nazirliyinə çağırılıb.

“gece.ws” TASS-a istinadən xəbər verir ki, buna səbəb səfirliyin teleqram kanalında paylaşılan postu olub.

Həmin paylaşımda ABŞ və İsraillə bağlı gərginlik fonunda, Britaniyada yaşayan iranlılara vətəni müdafiə etməyə çağırış edildiyi deyilir.

Britaniya tərəfi bildirib ki, bu cür paylaşımlar qəbuledilməzdir və zorakılığa çağırış kimi başa düşülə bilər.

Həmçinin belə məlumatların yayılmasının dayandırılması qeyd olunub.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.