Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
İrəvan Moskvadakı terrorla bağlı bu bəyanata qoşulmayıb
 
						İrəvan Moskvadakı terrorla bağlı bu bəyanata qoşulmayıb
Əlavə olunub: 03.27.2024 | 16:28 | Baxılıb: 2698
Ermənistan KTMT Parlament Assambleyasının Moskvada “Crocus City Hall” ticarət mərkəzindəki terror aktını pisləyən bəyanatına qoşulmayıb.

“gece.ws” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistan parlamentinin spikeri Alen Simonyanın mətbuat katibi Nelli Qulyan açıqlayıb. 

“Ermənistana bəyanata qoşulmaq təklif edilib. Lakin ölkə təşkilatda öz iştirakını dondurduğundan təklif qəbul edilməyib”, - deyə Qulyan qeyd edib. 

O vurğulayıb ki, ölkənin bəyanata qoşulmaqdan imtina etməsi sırf KTMT ilə bağlı məsələlərə görədir: “Faciəyə gəldikdə isə, spiker öz teleqram kanalında başsağlığı verib, spikerin müavini Akop Arşakyan isə Cenevrədə Parlamentlərarası Assambleyanın sessiyasında çıxış edərkən terror aktını qınayıb”.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.