Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 03.07.2026 | 01:05 | Baxılıb: 2600
Ermənistanın paytaxtı İrəvanda Milli Təhlükəsizlik Xidmətinin (MTX) inzibati binasına hücum cəhdi olub.

“gece.ws” xəbər verir ki, naməlum şəxs MTX-nin binasına “Molotov kokteyli” atıb.

Hadisənin görüntüləri ərazidən keçən sürücülər tərəfindən anbaan qeydə alınıb və sosial şəbəkələrdə geniş yayılıb.

Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyan hadisə ilə bağlı rəsmi açıqlama verib. O, cinayəti törətməkdə şübhəli bilinən şəxsin qısa müddət ərzində polis əməkdaşları tərəfindən saxlanıldığını bildirib:

“Binaya yandırıcı maddə atan şəxs müəyyən edilərək saxlanılıb. Hazırda o, hadisənin təfərrüatlarının və motivlərinin aydınlaşdırılması üçün istintaq orqanlarına təhvil verilib”.

İlkin məlumatlara görə, hücum nəticəsində binaya ciddi ziyan dəyməyib və xəsarət alan olmayıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam edir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.