Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
İrəvanda polis bölməsinə hücumla bağlı 2 nəfər həbs edildi
 
						İrəvanda polis bölməsinə hücumla bağlı 2 nəfər həbs edildi
Əlavə olunub: 03.27.2024 | 13:00 | Baxılıb: 1405
İrəvanın Nork-Nork rayonunda polis bölməsinə hücum etməkdə şübhəli bilinən şəxslərdən ikisi həbs edilib.

“gece.ws” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə məlumatı bu ölkənin İstintaq Komitəsi yayıb.

Şübhəlilərdən daha biri isə özlərinin atdığı qumbaranın partlaması nəticəsində aldığı xəsarətlərə görə hələ də xəstəxanadadır. Onun barəsində hələ ki saxlanılma qərarı qüvvədədir.

Məlumata görə, onların hər üçü barəsində terrorçuluq, qanunsuz silah, onun komponentləri, sursat və digər qurğular daşımaqla bağlı ittihamlar irəli sürülüb.

Xatırladaq ki, martın 24-ü İrəvanda silahlı şəxslər polis idarəsinin binasına hücum ediblər. Hadisə nəticəsində hücumu törətməkdə şübhəli bilinən 2 nəfər yaralanıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.