Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 05.09.2026 | 17:11 | Baxılıb: 10301
Zaqatalada 39 yaşlı kişi ov tüfəngi ilə vurulub.

“gece.ws” xəbər verir ki, bu gün saat 01:30 radələrində Zaqatala rayon sakini 39 yaşlı İsa Boloyev Yuxarı Tala kəndi ərazisində yerləşən restorandan çıxarkən ov tüfəngindən açılan atəş nəticəsində xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.

DİN-in Mətbuat xidmətinin regional qrupundan bildirilib ki, polis əməkdaşları tərəfindən əməli törədən şəxsin saxlanılması istiqamətində zəruri tədbirlər görülür.

***

Oxu.az-ın məlumatına görə, İsa Bolayev rayon ərazisində sahibkar kimi tanınıb. O, Zaqatalada restoran sahibi olub.

***

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 28 yaşlı Musa Mustafazadə saxlanılıb. Ondan ov tüfəngi götürülüb.

Mübariz Muradov

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.