Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 05.03.2026 | 19:58 | Baxılıb: 2460
Sumqayıtda iş başında olan fəhlə qəfildən dünyasını dəyişib.

“gece.ws” xəbər verir ki, hadisə şəhərin “Qurd dərəsi” bağları yaşayış massivində qeydə alınıb.

Məlumata görə, 1965-ci il təvəllüdlü Vaqif Söyxan oğlu Nəsibov iş prosesi zamanı qəfildən özünü pis hiss edib və elə hadisə yerindəcə həyatını itirib.

Hadisə yerinə dərhal hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Meyit müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.