Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 05.16.2026 | 08:03 | Baxılıb: 1379
“İŞİD-in qlobal miqyasda ikinci lideri məhv edilib”.

“gece.ws” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Truth” hesabında yazıb.

O bildirib ki, onun göstərişi ilə Amerika qüvvələri və Nigeriya Silahlı Qüvvələri birgə əməliyyat keçirərək, İŞİD-in yüksəkvəzifəli üzvlərindən biri olan Əbu Bilal əl-Minukini zərərsizləşdirib.

Tramp qeyd edib ki, əməliyyat uzun müddət planlaşdırılıb və “uğurla həyata keçirilib”.

Belə ki, İŞİD-in qlobal strukturunda ikinci şəxs hesab edilən əl-Minuki Afrikada gizləndiyini düşünsə də, ABŞ kəşfiyyatı onun fəaliyyətini izləyib.

ABŞ prezidenti qeyd edib ki, əməliyyat nəticəsində əl-Minuki artıq Afrikada terror fəaliyyətləri həyata keçirə və ya amerikalıları hədəf alan hücumların planlaşdırılmasında iştirak edə bilməyəcək.

Tramp həmçinin bu addımın İŞİD-in beynəlxalq əməliyyat imkanlarına ciddi zərbə vurduğunu vurğulayıb və əməliyyatda əməkdaşlığa görə Nigeriya hökumətinə təşəkkür edib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.