Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 04.11.2026 | 12:58 | Baxılıb: 2047
Türkiyəli müğənni Işın Karaca Yunanıstandan deportasiya olunub.

“gece.ws” xəbər verir ki, o bununla bağlı instaqram hesabında paylaşım edib.

Sənətçinin sözlərinə görə, buna səbəb onun 2024-cü ildə Komotini şəhərində verdiyi konsert olub.

“Paytaxt Afinaya girişim məhdudlaşdırıldı. 2024-cü ildəki konsertimdə “Ne mutlu türküm diyene” və “İzmirin dağlarında çiçekler açar” marşlarını səsləndirdiyim üçün bunu ediblər. Qızım və həyat yoldaşımın Afinaya girişlərinə icazə verildi, amma mən deportasiya edildim. Mənimki milli məsələ imiş. Bu, həyatımda heç vaxt görmədiyim mənasız bir davranışdır. Bir stəkan su verən belə yoxdur. Saatlarla buradayıq. Bizi ölkəmizə qaytaracaqlar. Turist olaraq gəldiyimiz yerdə düşmən elan edildik. Təşəkkürlər, Yunanıstan!”, - o qeyd edib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.