Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 02.23.2026 | 10:25 | Baxılıb: 2802
Balakənin korrupsiya cinayətlərində ittiham olunan sabiq icra başçısı İslam Rzayev barəsində daha bir qərar verilib.

“gece.ws"in məlumatına görə, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) cinayət işi üzrə ibtidai istintaqın uzadılması ilə bağlı məhkəməyə vəsatət təqdim edib.

Vəsatətdə təqsirləndirilən şəxsin həbsinin davamının zəruri olduğu vurğulanıb. 

Səbail Rayon Məhkəməsi vəsatəti əsaslı sayıb. Qərara əsasən, İslam Rzayevin həbs müddəti daha 3 ay uzadılıb.

Xəbəri rus dilində oxuyun: Суд вынес новое решение по делу экс-главы Балакена

Qeyd edək ki, DTX 2025-ci ilin oktyabrında Balakən Rayon İcra Hakimiyyətində əməliyyat keçirib. Əməliyyat nəticəsində saxlanılan sabiq icra başçısı külli miqdarda mənimsəmə və təkrar rüşvətalma maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib.

Sail Ağasəlim

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.