“gece.ws” xəbər verir ki, görüş niderlandlı Sander van der Eykin başçılıq edəcəyi hakimlər briqadasına tapşırılıb.
Baş hakimə Rens Blümink və Stefan de Qroot kömək edəcək. Mark Naqteqaal 4-cü hakim funksiyasını yerinə yetirəcək. VAR-da Jerön Mansxot, AVAR-da isə Klay Ruperti əyləşəcək.
Qeyd edək ki, qarşılaşma sentyabrın 5-də Reykyavikdəki “Lauqardalsvöllur” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.