Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 03.08.2026 | 09:45 | Baxılıb: 1726
İsrail ordusu Beyrutda hotelə hava zərbəsi endirib.

“gece.ws"in xəbərinə görə, Livan Səhiyyə Nazirliyinin yaydığı yazılı açıqlamada bildirilib ki, paytaxt Beyrutda yerləşən bir hotelə endirilən hava zərbəsi nəticəsində azı 4 nəfər ölüb, 10 nəfər yaralanıb.

Məlumata görə, İsrail ordusu daha əvvəl də martın 4-də Beyrutun Hazimiyyə rayonunda yerləşən bir hoteli hədəf almışdı.

Livan Səhiyyə Nazirliyinin məlumatına görə, martın 2-dən bu yana İsrailin Livana hücumları nəticəsində 294 nəfər həyatını itirib, 1023 nəfər yaralanıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.